Kimisi imtahanda bilik nümayiş etdirdi, kimisi də yatdı-VİDEO

05587974Bu gün 2-ci və 3-cü ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib. 29 mindən artıq abituriyent tələbə adı uğrunda yarışıb. Əməkdaşlarımız imtahandan maraqlı məqamları lentə alıblar.

Kimisi biliyini nümayiş etdirmək üçün tər tökdü, kimi də yorğunluqdan yatdı… 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirilən qəbul imtahanı həyəcanlı anlarla yadda qaldı. Abituriyentlərlə yanaşı, imtahan binaları önündə onları gözləyən valideynləri də xeyli həyəcanlı idilər.

3 saat davam edən bilik yarışından sonra kimisi imtahan zalından dostlarının çiynində çıxdı, kimisi də ağlayaraq… Savadına arxayın olan abituriyentlərlə yanaşı, imtahana hazırlaşmayıb, bəxtinə güvənənlər də var idi. Çıxışda valideynlərin bir yerə cəmlənməsi abituriyentlərə ciddi maneə yaratdı. İmtahan keçirilən bəzi binaların önündə isə avtomobil tıxacları müşahidə olundu.

“Xəzər Xəbər”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR