Kristin Laqard açıqladı – Qlobal tənəzzül ehtimal olunmur

15618699Birləşmiş Krallıqda və Avropanın digər ölkələrində “Brexit” üzrə referendumun yaratdığı çaşqınlığa baxmayaraq, yeni qlobal tənəzzül ehtimal edilmir.

Bu sözləri Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqard AFP agentliyinə eksklüziv müsahibəsində deyib.

BVF-nin baş direktoru bildirib ki, Böyük Britaniyada Avropa İttifaqından (Aİ) çıxmaqla bağlı keçirilən səsvermə bir sıra vətəndaş narazılıqlarına səbəb olub. Bu isə Aİ-ni bir çox məsələlərdə daha aydın və şəffaf olmağa sövq edəcək.

İqtisadi qeyri-müəyyənliyə baxmayaraq, Kristin Laqard optimist görünür. O deyib: ““Brexit” Aİ-nin bir çox ölkələri üçün iqtisadi inteqrasiyanı dərinləşdirmək baxımından katalizator rolu oynaya bilər.”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR