Məhkəmə “Azərsu” ASC-nin şikayətini təmin etməyib

6ad2d60abba0fd57530aeec4fe93fc33Bakı Apellyasiya Məhkəməsində “Azərsu” ASC-nin apellyasiya şikayətinə baxılıb.
APA-nın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl “Barama” Kiçik Müəssisəsi “Azərsu” tərəfindən təyin olunan aktın ləğv edilməsi və borcun silinməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin edib.

Həmin qətnamə ilə razılaşmayan ASC isə qətnamənin ləğv olunması barədə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR