Maşınından “Kalaşnikov” çıxdı – Özünün olmadığını iddia edir

скачанные файлыMingəçevir polisi qanunsuz silah saxlayan şəxsi yaxalayıb.

 Qafqaznews.az Anspress-ə istinadən xəbər verir ki, əməliyyat məlumatı əsasında Yevlax rayon sakini Elmir Rzayevin avtomobilinə baxış keçirən polis yük yerindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd avtomat darağı və 34 ədəd 7,62 kalibrli güllə aşkar edərək götürüb.

Avtomobil sahibi istintaqa ifadəsi zamanı silahı təqribən 4 ay əvvəl balıq tutarkən Kür çayının sahilindən tapdığını deyib. Avtomatı polisə təhvil vermək istəsə də tutulacağından ehtiyat edərək bu fikrindən daşınıb.

Mingəçevir Şəhər Polis Şöbəsindən verilən məlumata görə, silah istifadəyə tam yararlı vəziyyətdədir.

“Hazırda həmin silahdan hər hansı cinayətdə istifadə olunub-olunmaması ilə əlaqədar olaraq tərəfimizdən ekspertiza təyin edilib, ekspertizanın rəyi müəyyən edildikdən sonra işə tam, hərtərəfli obyektiv qiymət veriləcək”, – deyə müstəntiq Elton Kərimov bildirib.

Mingəçevir Şəhər Polis Şöbəsindən bildirilib ki, hazırda barəsində cinayət işi açılan 29 yaşlı Elmir Rzayevin əvvəllər məhkumluğu olmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR