MTRŞ hüquq-mühafizə orqanlarına müraciət edib

mtrs_045Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, bir sıra yeni tikilən binalarda daxildə texniki qurğular qoyaraq kabel yayımı ilə məşğul olurlar: “Bu, qanunsuzdur. Bununla bağlı hüquq-mühafizə orqanlarına, Bakı Şəhər İcra Hakimiyyətinə bir neçə dəfə müraciət etmişik. Tədricən bu məsələlər həllini tapır, amma çox təəssüf ki, bunların sayı çoxdur. Bu fəaliyyətlər bəzən o qədər gizli şəkildə olur ki, aşkar etmək çətin olur. Bu, bir az çətin məsələdir”.

MTRŞ sədri qeyd edib: “Vətəndaşlar fəaliyyətlərini qanunla həyata keçirməlidirlər. Artıq bu istiqamətdə müəyyən irəliləyişləri görürük. Kimin qanuni yayım hüququ varsa, onlarla əməkdaşlıq etsələr, həm vətəndaşlar, həm sahibkarlar, həm də dövlətimiz üçün daha xeyirli olar”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR