“Ən-Nüsra” terror qruplaşması “Əl Qaidə”dən ayrılıb-VİDEO

cacaee8d9f34340cbaa283a1909d000fSuriyadakı “Ən-Nüsra” qruplaşmasının lideri Əbu Məhəmməd Colani “Əl Qaidə” ilə əlaqələrini kəsdiyini bəyan edib

APA-nın “milliyet.com.tr” saytına istinadən verdiyi xəbərə görə, ilk dəfə üzünü gizlətmədən kameraların qarşısına keçən Colani qruplaşmanın yeni adının “Şam Fəthi Cəbhəsi” olduğunu bildirib.

Qruplaşmanın lideri qərarın qəbul edilməsinə əsas səbəb kimi “Suriya inqilabı”nı xilas etmək istəyinin olduğunu deyib.

Qeyd olunub ki, “Şam Fəthi Cəbhəsi”nin xarici qüvvələrlə bağlantısı olmayacaq. Qruplaşmanın məqsədi Suriyadakı mücahid qrupları arasındakı məsafələri yaxınlaşdırmaqdır. “Əl Qaidə” ilə bağantını kəsməyimiz Suriya xalqının istəyi ilə baş tutub. Bizi anlayışla qarşıladığı üçün “Əl Qaidə”yə təşəkkür edirik”, – deyə terrorçu qruplaşmasının rəhbəri bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR