“Neftçi” klubu Avropa Liqasında mərhələ adlayıb-VİDEO

8ba3956d-aef4-4786-bc6c-897603a566af_292Dünən “Neftçi” klubu Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə Maltanın “Baltsan” klubunu qəbul edib. “Report”un məlumatına görə, “Bakcell Arena”da keçirilən qarşılaşmadan qonaqlar qalib ayrılıb.

Oyunun ilk dəqiqələrindən hücuma keçən meydan sahibləri istəyinə 20-ci dəqiqədə çatıb. “Ağ-qaralar”ın heyətində Jayro rəqibi məyus edib. Komandalar qarşılıqlı hücumlar etsələr də ilk hissədə hesab dəyişməyib.

İkinci yarıya qonaqlar daha aktiv başlayıb. Lidon Miçallef 51-ci dəqiqədə “Neftçi” azarkeşlərini məyus edib. Cəmi 6 dəqiqə sonra Miçallef təyin olunmuş penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Hücumların kəsərini artıran “Baltsan” bir dəfə qol sevinci yaşayıb. 67-ci dəqiqədə Miçallef dubl edib. Oyun bu hesabla da başa çatıb.

Məğlubiyyətə baxmayaraq “Neftçi” mərhələ adlayan tərəf olub. Bakı klubunun II təsnifat mərhələsindəki rəqibi “Krakoviya” (Polşa) – “Şkendiya” (Makedoniya) cütünün qalibi olacaq. Makedoniya klubu ilk oyunda 2:0 hesablı qələbə qazanıb.

İlk oyun iyulun 14-də Bakıda keçiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR