Neftin qiyməti kəskin bahalaşdı

1035035092Şimal dənizi neft qatışığının sentyabr fyuçerslərinin qiyməti 5,02% yüksəlib

Dünya bazarlarında neftin qiyməti bahalaşıb.

Bu barədə Oxu.Az London və Nyu-York birjalarında keçirilən hərracların son nəticələrinə istinadən xəbər verir.

Belə ki, London birjasında Brent markalı neftinin sentyabr fyuçerslərinin qiyməti 5,02% artaraq bir barelə görə 48,34 dollar olub.

Nyu-York birjasında WTI neftinin bir bareli 4,36% bahalaşaraq 48,34 dollara satılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR