“Oculus” rəhbərinin “Twitter”ini sındırıldı

twitter_0541Bu günlərdə hakerlər “Oculus” şirkətinin baş direktoru Brendan İribenin “Twitter” səhifəsinə çıxış əldə ediblər.

Qafqaznews.az lent.az-a istinadən bildirir ki, iyunun 29-da hakerlər komandası “Oculus” şirkətinin baş direktorunun rəsmi “Twitter” səhifəsinə hücum ediblər.

Qanun pozucularının şirkət rəhbərinin akkauntunda dərc etdikləri ilk post şirkətə yeni rəhbərin gətirilməsi ilə bağlı məlumat olub. Bir gün sonra bu yazı Brendan İribenin rəsmi səhifəsindən yığışdırılıb. Ancaq “Oculus” rəhbəri akkauntunun sındırılması ilə bağlı heç bir açıqlama verməyib.

Çox güman ki, qanun pozuntusunun arxasında “OurMine” haker qrupunun üzvləri dayanıb. Komandanın hesabında “Google” şirkətinin rəhbəri Sundar Piçainin, “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberqin sosial şəbəkələrdəki akkauntlarının sındırılması durur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR