Prokuror meşədə qətl törədən şəxsə ÖMÜRLÜK cəza istədi

скачанные файлы (1)Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Radik Məmmədov və Nazim Zəkərayevin cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığını bildirib. Prosses çıxışlar mərhələsi başlayıb. Prokuror çıxışında R.Məmmədovun ömürlük və N.Zəkərayevin isə 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

N.Zəkərayevin vəkili çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işində günahının olmadığını və onun barəsində bəraət hökmü çıxarılmasını istəyib.

R.Məmmədovun vəkili isə sanksiyadan aşağı həddə hökm çıxarılmasını xahiş edib.N.Zəkərayev son söz üçün vaxt istəyib.Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.Qeyd edək ki,keçəni il okyabrın 18-də Xaçmaz rayonunun Ləcət kəndi yaxınlığındakı meşə massivində üzərində zorakılıq əlamətləri olan naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, tapılan cəsəd Xudat şəhərində yaşayan 1982-ci il təvəllüdlü Zamiq Namiq oğlu Xeyirovundur. Hadisədən sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində R.Məmmədov və N.Zəkərayev tutulub. Təqsirləndirilən şəxslər Z.Xeyirovu quldurluq niyyəti ilə öldürdüyünü bildiriblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR