Putin və Ərdoğan arasında görüş avqustda Soçidə keçirilə bilər

5c378b264d156e1b2343d99958872b99Avqust ayında Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilə bilər.

APA-nın xəbərinə görə, bu barədə “Kommersant” qəzeti məlumat yayıb. Qəzet yazıb ki, bu gün Soçidə iki ölkə xarici işlər nazirlərinin görüşünün nəticəsindən asılı olaraq, prezidentlərin görüşü daha tez bir zamanda təşkil edilə bilər.

Qeyd edək ki, iyunun 29-da Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı ilə 4-5 sentyabr tarixlərində Çində keçiriləcək “G20″ sammitində görüşə biləcəyini bəyan edib. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov isə bu məlumatı təsdiqləməyib. O, görüşün vaxtının diplomatik kanallarla dəqiqləşdiriləcəyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR