Qəza vəziyyətində olan körpülərin təmiri üçün pul yoxdur?

sedrİyulun 23-də gecə saatlarında Şəkinin dağlıq ərazisinə fasiləsiz yağan güclü leysan nəticəsində Kiş çayında baş verən sel müəyyən fəsadlara səbəb olub.

Şəhər icra hakimiyyətindən Azərtac-a bildiriblər ki, güclü sel bu ərazidə iyulun 2-də baş vermiş təbii fəlakət nəticəsində dağılmış körpünün yanında suötürücü dəmir-beton və metal borularla salınan müvəqqəti alternativ yolu, həmçinin Kiş kəndinin şimal hissəsində yerləşən istirahət mərkəzlərinə gedən körpüləri, Baş Küngüt kəndində sərhəd zastava146927612722246490_1000x669sına gedən yolu və məktəb yolunun üstündəki körpünü dağıdıb. Hazırda selin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir (strateq.az).

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Kavkaznews.az –a bildirdi ki, bir ay əvvəl Kiş çayı üzərindəki körpü sel tərəc3e3b52987efb05321604d91b1e99e7dfindən dağıdılıb.

“Kənd sakinləri üçün müvəqqəti yol salınmışdı ki, hazırda dağılan da həmin körpüdür”. Onun sözlərinə görə, Azərbaycandakı körpülərin çoxu sovet vaxtı tikilib. “Onların istifadə müddədi çoxdan başa çatıb. Bu gün ölkəmizdə 100-ə yaxın körpü qəza vəziyyətindədir”, – deyə A.Nəcəfli qeyd etdi.

“Bu körpülər niyə qəza vəziyyətindədir? Axı onlar vətəndaşların həyatı üçün təhlükə daşıyır” ,– deyə maraqlandıq.

“Onlar vətəndaşların həyatı üçün təhlükə daşımır. Tədricən bütün körpüləri təmir edirik. Maliyyə çatışmazlığına görə, onların qısa müddətdə təmiri mümkün deyil”, – deyə “Azəravtoyol” rəsmisi cavab verdi.

 

Mahmud Suanlı

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR