Qafqaz Xəbər Agentliyinin daha bir qələbəsi: “Hakim mənim işimə qayıtmağımla bağlı qərar verdi”

baqcaAynur Mahmudova: “Çox sağolun ki, lap əvvəldən mənim haqlı olduğuma inandınız”

Valideynlər Aynur Mahmudovanı 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribova ilə barışdırmaq istəyir .Bundan əvvəl Qafqaz Xəbər Agentiyinin nəzdindəki Qafqaznews.az, Kavkaznews.azLegion.az saytlarında əsassız yerə işdən çıxarılan bağça tərbiyəçisi ilə bağlı yazılar dərc olunmuşdu.

Həmin yazılarda Bakının 38 saylı Uşaq Bağçası-Körpələr evindəki işindən çıxarılmış tərbiyəçi Aynur Mahmudovanın və övladı həmin bağçada tərbiyə alan valideynlərin, eləcə də 38 saylı Uşaq Bağçasının direktoru Sədaqət Qəribovanın və Bakı ŞİH nümayəndələrinin mövqeyi işıqlandırılmışdı.

Qafqaz Xəbər Agentliyinin əməkdaşları məsələni araşdıraraq, bu problemin həllinə çalışıblar.

A.Mahmudova da öz növbəsində, 2016-cı il aprelin 7-də Yasamal Rayon Məhkəməsinə mhakimüraciət edərək, işinə bərpası tələbi ilə iddia qaldırmışdı. İyulun 4-də Aynur Mahmudova Qafqaz Xəbər Agentliyinə müraciət edərək, bu aylar ərzində ona göstərilən informasiya dəstəyinə görə təşəkkür etdi.

“İyulun 1-də Yasamal Rayon Məhkəməsinin hakimi Aytən Mirzəzadə mənim işdən çıxarılmağımla bağlı əmrin qanunsuz hesab edilməsi ilə bağlı qərar çıxardı. Məhkəmə iclaslarında mənim sabiq iş yoldaşlarım və 30-a qədər valideyn də iştirak edərək, məni dəstəklədilər. Həmçinin, bu məsələni nəzarətdə saxlayan, daim maraqlanan deputatlar Aytən Mustafayeva və Elşad Həsənova, məni qəbul edib dinləyən vitse-spiker Vilayət Əsgərova da təşəkkür edirəm. Baş nazirin müavini Elçin Əfəndiyevə də yazılı müraciət etmişdim, onun tapşırığı ilə Nazirlər Kabinetində də bu işi nəzarətində saxlayıblar. Mən yenidən bağçaya, sevimli şagirdlərimin yanına qayıdaraq, heç kimlə problem yaşamadan 22 illik təcrübəmi davam etdirmək niyyətindəyəm. Siz də sağ olun ki, bu problemin işıqlandırılmvekilasında fəallıq göstərdiniz, lap əvvəldən mənim haqlı olduğuma inandınız”, – deyə A.Mahmudova qeyd etdi.

Övladı sözügedən bağçada tərbiyə alan valideyn Aytən Hüseynova ilə danışdıq. O da öz növbəsində bildirdi ki, valideynlər bu qərardan çox şad olublar və tezliklə, bağça direktoru Sədaqət Qəribova ilə Aynur Mahmudovanı barışdırmaq niyyətindədirlər.

A.Mahmudovanın nümayəndəsi, hüquqşünas Gülnar Nəzərli müdafiə etdiyi Aynur Mahmudovanın sözlərini təsdiqlədi: “Hələ qətnaməni almamışıq. Biz istəyirik ki, bağça direktoru ilə Aynur xanım arasında barışıq əldə olunsun, məsələ elə burda bitsin”.

Qafqaz Xəbər Agentliyi olaraq, biz də öz növbəmizdə sözügedən problemin həllində obyektiv mövqe nümayiş etdirən hər kəsə, baş nazir müavini Elçin Əfəndiyevə, vitse-spiker Vilayət Əsgərova, deputatlar Aytən Mustafayeva və Elşad Həsənova, eləcə də hakim Aytən Mirzəzadəyə və hüquqşünas Gülnar Nəzərliyə təşəkkür edirik.

Bildiririk ki, haqlı olduğuna inandığımız vətəndaşların probleminin obyektiv işıqlandırılması və həlli istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR