“Qalatasaray”ın idmançısını bıçaqladıla

449870Türkiyəli idmançı Enes Kuşku bıçaqlanıb.

“Report”un məlumatına görə, 22 yaşlı avarçəkən yolda hücuma məruz qalıb.
Ayaq və qarın nahiyəsindən bıçaqlanan idmançı təcili xəstəxanaya çatdırılıb. “Qalatasaray” klubunun idmançısı ilkin müdaxilənin ardından İstanbuldakı xəstəxanaların birinə aparılıb.
Uzaq məsafə işıqlandırması ilə hərəkət edən E.Kuşku başqa bir sürücünün etirazı ilə üzləşib. Həmin avtomobildəkilər idmançının qarşısını kəsib və ona hücum ediblər. Hücum edənlərin 5 nəfər olduğu bildirilir.
Xatırladaq ki, Kuşku 2016-cı Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak edəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR