Qiyamçılar Yunanıstana qaçdılar – 7 hərbçi, 1 müklü

helikopter_258756737Türkiyəyə məxsus bir hərbi helikopter Yunanıstanın Aleksandropolis (Dədəağac) şəhərinə enib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, SOS siqnalı verərək Yunanıstana enən helikopterdə 7 hərbçi və 1 mülki şəxs olduğu bildirilir. Onların hərbi çevriliş cəhdində iştirak etmiş şəxslər olduqları güman olunur. Bu şəxslərin Yunanıstandan siyasi sığınacaq istədikləri barədə xəbərlər gəlir.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fakta münasibət bildirib. “Helikopterlə Yunanistana qaçan 8 xain əsgərin dərhal təslim edilməsini istədik”, – deyə o, özünün “Twitter” səhifəsində yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR