Ramil Usubov Ağstafaya yeni rəis göndərdi

150836_res_01Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəisi Elsevər Aslanov vəzifəsindən azad olunub.

Kəpəz TV xəbər verir ki, nazirin digər əmri ilə Elsevər Aslanov Ağstafa Rayon Polis Şöbəsinə rəis təyin olunub. Daşkəsən RPŞ-yə hələlik rəis təyinatı yoxdur.

Qeyd edək ki, Elsevər Aslanov buna qədər Mingəçevir Şəhər Polis Şöbəsində müavin və Beyləqan RPŞ-nin rəisi vəzifələrində çalşıb. O, Daşkəsən polisinə 2012-ci ildən rəhbərlik edib.

Ağstafa Rayon Polis Şöbəsinin sabiq rəisi Yaşar Nuriyev isə bir müddət əvvəl Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryol Xətt Polisinə rəis təyin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR