DİN-də kadr dəyişikliyi – TƏYİNAT

13390Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Qafqaznews.az AzNews.az-a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri əmr imzalayıb. Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin rəisi Əsədov İsmayıl Həmid oğlu vəzifəsindən azad edilib.

Digər əmrlə o, Kürdəmir rayon Polis İdarəsinə rəis təyin edilib. İ. Əsədov bu gün kollektivlə vidalaşıb.

Xatırladaq ki, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Oqtay İlyas oğlu Məmmədov Ədliyyə Nazirliyi Penitensiar Xidmət rəisinin birinci müavini təyin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR