Ərdoğan qiyama qarşı çıxan bəy və gəlini belə mükafatlandırdı -VİDEO

70206699Türkiyədə  hərbi çevriliş cəhdindən sonra küçələrə çıxan vətəndaşların “demokratiya keşiyi” davam edir. 
“Xəzər Xəbər” Anadolu Agentliyinə istinadən məlumat verir ki, məlum hadislərdən sonra insanlar çevrilişə cəhdə qarşı çıxaraq etirazlarını bildirmək və demokratiyanı dəstəkləmək üçün küçələrə axışır.

Türkiyə Prezidenti Mətbuat Xidməttinin yaydığı məlumata görə, bu gün Rəcəb Tayyib Ərdoğan Prezident İqamətgahı ətrafında keşik çəkən vətəndaşlar arasında olan bəy və gəlini, həmçinin onların yaxınlarını qəbul edib. Gənc cütlükləri qarşılayan Ərdoğan onları təbrik edib. Gəlinə toy hədiyyəsi olaraq qızıl bilərzik hədiyyə edən Ərdoğan, sonra bəy və gəlin, onların yaxınları ilə xatirə fotoşəkili çəkdirib.

Prezident Ərdoğan, gəncləri qapıya qədər yola salıb və “Yolunuz açıq olsun”,-deyərək  onlara xoşbəxtlik arzulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR