Ronaldo: “Az da olsa, favorit Fransadır”

70121Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo
“Avro-2016″nın finalında Fransa ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Fransanın özləri ilə müqayisədə az da olsa, favorit olduğunu deyib:

“Fransa güclü komandadır. Yaxşı oyun nümayiş etdirirlər. Bizimlə müqayisədə az da olsa, favoritdirlər. Çünki öz ölkələrində oynayırlar. Amma bu finaldır, hər şey ola bilər. Bu oyuna hazırıq. Bizi bu Avropa çempionatında hələ məğlub edən olmayıb”.

O, həmişə ölkəsi ilə birgə önəmli uğurlar qazanmağı arzuladığını söyləyib:

“Portuqaliya ilə mükafat qazanmaq istəyirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR