Ronaldo: “Finalda olmağa layiqik”

89947“Çətin oyun olacağını bilirdik. 90 dəqiqə ərzində üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Finala yüksəldiyimiz üçün xoşbəxtəm. Bizim bir xəyalımız var və ona gerçəkləşdirmək istəyirik”.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo “Avro-2016″nın yarımfinalında Uelsə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
“Biz vahid komandayıq. Turnirin əvvəlindən belə hərəkət edirik. Mən təkcə qol vurmaq üçün yox, mübarizə aparmağa çalışıram. Uğur qazanmaq üçün bütün futbolçular çalışmalıdır” – deyə o bildirib.
K.Ronaldo Portuqaliya millisinin təkcə ondan ibarət olmadığını söyləyib:
“Biz komandayıq. Ancaq bu gün  finala çıxmağımıza kömək etdim”.
Portuqaliya millisinin kapitanı bildirib ki, finalda da qalib gəlməyə çalışacaqlar: “Finalda olmağa layiqik. Çoxları bizim finala çıxacağımızı gözləmirdi. Amma bunu bacardıq. Özümüzlə fəxr edirik”.
K.Ronaldo “Real”dakı komanda yoldaşı Qaret Beyl haqda da danışıb:
“Oyundan sonra Beyllə danışdım. Onu Uels millisinin turnirdəki uğurlu çıxışına görə təbrik etdim”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR