Rusiya Dövlət Dumasının binasında partlayış olub

img2131209Moskvada Rusiya Dövlət Dumasının binasında içərisində kimyəvi qarışıq olan balon partlayıb.
APA-nın “Interfax”a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Tibbi xidmətdə olan mənbə bildirib ki, həmin şəxs Dövlət Dumasının işçisidir. Hadisə yerinə 5 yanğınsöndürən maşını cəlb olunub.
Hadisə barədə hələlik rəsmi məlumat yoxdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR