Şəkidə selin yaratdığı fəsadlar aradan qaldırılır – VİDEO

s1İyulun 23-ü Şəkinin Kiş çayında baş verən növbəti seldən sonra dağılan alternativ körpü yenidən bərpa olunur.

Bu gün səhər saatlarından etibarən ərazidə işə başlanılıb və günün sonuna qədər müvəqqəti körpünün istifadəyə verilməsi nəzərdə tutulur. Əsas körpünün layihəsi isə hələ ki, tam hazır deyil.

74 metr uzunluğunda inşa olunacaq 3 aşırımlı körpünün yaxın günlərdə tikintisinə başlanılacağı gözlənir. Qaz borusunun sıradan çıxması nəticəsində kəndə mavi yanacağın verilişindəki fasilə isə hələ də davam edir.

Yağıntılar davam etdiyindən və çayda yüksək sululuq müşahidə edildiyindən qaz xəttinin bərpa edilməsi işləri ləngiyir.(Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR