“Space”dəki “qara qız” işdən çıxarıldı

453220“Space” televiziya kanalında hava proqnozunu təqdim edən qaradərili xanım işdən uzaqlaşdırılıb.

Qafqaznews.az bildirir ki, bu barədə aznews.az-a “Space” telekanalından məlumat verilib. Bildirilib ki,Tendai Shereni artıq televiziyada çalışmır.

Qeyd edək ki, “Azərbaycan” qəzeti “Space” televiziya kanalında hava proqnozunu qaradərili qadının təqdim etməsi barədə məqalə dərc edib. “Afrikadan gəlmiş “Azərbaycan gözəli”” adlı məqalədə kanal bu seçiminə görə tənqid olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR