Tələbə qızın şəxsiyyət vəsiqəsini görənlər təəccüblənirlər – FOTO

FotorCreated22 yaşlı türkiyəli tələbə Eda Şebnem Gözde Nur Arslan imtahan kağızlarını və rəsmi sənədləri hazırlayıb doldurarkən çətinlik çəkdiyini söyləyir.

Oxu.Az xəbər verir ki, o, dünyaya gələndə yaxınları, qohumları körpəyə çoxlu sayda adlar təklif ediblər.

Bundan imtina edə bilməyən ata Səfa Arslan qızına Eda Şebnem Gözde Nur adını verib.

Hazırda Fırat Universitetinin 4-cü kursunda təhsil alan Eda Şebnem Gözde Nur Arslan adının yaranma tarixi ilə bağlı “Doğan Haber Ajansı”nın əməkdaşına bunları deyib:

“Anam Eda, atam isə Şebnem adını çox sevirmiş. Mən doğulanda Məsud əmim Gözde, atamın yaxın dostu isə Nur adını qoymağı təklif edibmiş. Heç kimin qəlbini qırmaq istəməyən atam təklif edilən 4 adı da mənə verib”.

Hər kəsin onu “4 adlı qız” olaraq çağırdığını deyən tələbə sözlərinə belə davam edir:

“İlk dəfə tanış olduğum insanlara adımı söyləyəndə təəccüblənirlər. Gerçək olub-olmadığını soruşurlar. Hətta şəxsiyyət vəsiqəmə baxırlar. Bu vəziyyətə öyrəşmişəm. Ancaq 4 ad imtahan kağızını hazırlayarkən, rəsmi sənədləri doldurarkən mənə çətinlik törədir. Müəllimlərim və tələbə yoldaşlarım mənə necə səslənəcəklərini bilmirlər. Kimisi Eda, kimisi Şebnem çağırır. Amma mən Gözde adını istifadə edirəm”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR