Taxıl sahələrinin yandırılmasının zərərləri – VİDEO – FOTO

1Taxıl sahələrinin yandırılmasına qarşı maarifləndirici tədbirlər son illərdə artsa da hələdə bəzi taxıl sahələrində yanğınlar müşahidə edilir.

Kanal S (Region TV) xəbər verir ki, bir çox fermerlər  bunun torpağa nə dərəcədə ziyan vurmasından xəbərsizdirlər. Bu prosedur dövlət səviyyəsində qadağan olunsa da, hələ də bir çox fermer və istehlaçılar öz taxıl sahələrini yandırmağa üstünlük verir. Əkin sahələri yandırılan zaman  torpaq səthində 250 dərəcəyə qədər hərarət yaranır. Nəticədə torpağın 3-5 sm qatında olan mikroorqanizmlər məhv olur.

Fermerlərin öz əkin sahələrini yandırmaq əkdikləri bitki üçün də zərərlidir. Torpaq  qida maddələrini mənimsəyə bilmir. Nəticədə məhsul da keyfiyyətsiz olur. Mütəxəssislər hesab edir ki, taxıl sahələrindəki kövşəni yandırmaq əvəzinə onları şumlamaq daha faydalıdır.

Taxıl sahələrinin yandırılması başqa təhlükələrə də yol aça bilər. Ətrafdakı sahələr və həmçinin meşə massivlərinə də yanğın keçə bilər və geniş miqyas alar.

Problemin aradan qaldırılması üçün taxıl sahələrini yandıranlara qarşı müvafiq cərimələr də nəzərdə tutulub. Həm atmosferə, həm də təbiətə vurulan ziyana görə fiziki şəxslər üçün 300-600 manat , vəzifəli şəxslər üçünsə 2500-3500 manat məbləğində cərimə oluna bilərlər.

2

3

4

5

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR