Torpağı ondan xəbərsiz satıldı – Qadın bundan 11 il sonra xəbər tutdu-VİDEO

41956065Tovuzda bir sakinin pay torpağı özünün xəbəri olmadan satılıb, özü də alqı -satqı notariusda təsdiqlənib. Məsələnin hüquqi tərəfini öyrənmişik. Bu necə baş verib və həmin şəxs qanunla torpağını geri qaytara bilərmi?

Torpağı ondan xəbərsiz satıldı. Tovuz sakini Aynur İsmayılova bundan 11 il sonra xəbər tutub. Rayonun Dönük Qırıqlı kəndində doğulan Aynur İsmayılova 1999-cu ildə Alakol kəndinə gəlin köçüb. Ailə üzvləri Dönük Qırıqlı kəndində olan pay torpaqlarını 2005-ci ildə həmkəndliləri Məmməd Məmmədova satıblar. Aynur İsmayılova isə onun payına düşən torpağı satmayıb.

Aynur İsmayılova heç bir sənədə imza atmadığını, əks olunan imzanın isə ona məxsus olmadığını iddia edir. Saxta imza vasitəsi ilə torpağının satıldığını deyən qadın, dəymiş ziyanın ödənilməsini tələb edir.

O iddia edir ki, həmin proseslər Ağstafa notariat kontorunda notarius Sabir Cəfərovun imzası ilə baş tutub. Bununla bağlı natarial xidmətdən isə bildirdilər ki həmin şəxs hazırda orada işləmir. Hüquqşünaslar isə deyir ki əgər hadisə iddia edildiyi kimi baş veribsə burada cinayət məsuliyyəti var. Aynur İsmayılova hökmən aidiyyəti qurumlara müraciət etməlidir.

Aynur İsmayılova ona məxsus olan torpağın qeyri-qanuni yolla satıldığını sübut etdikdən sonra isə məhkəməyə müraciət etməlidir. O dəymiş ziyanın qarşılığında təzminat tələb edə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR