Tramp Rusiya ilə əlaqələri haqqında yayılan şayiələri dəlilik adlandırıb

c6db525c-a995-4024-8315-f5ae2c59cd88Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Tramp demokratların elektron məktublarının sızması məsələsi üzrə Rusiya hakimiyyətiylə əlaqələri haqqında ehtimalları təkzib edib.

“Report” xəbər verir ki, D.Tarmp “Twitter” səhifəsində məsələyə münasibət bildirirək “Bu, dəlilikdir” yazıb.

“Qeyd üçün: Rusiyadakı investisiyalarım sıfıra bərabərdir”, – deyə ABŞ prezidentliyinə namizəd əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR