Türkiyədə Fətullah Gülənlə bağlı kanallar və radiolar bağlanacaq

b2d0a9c5-886a-4d1a-8897-743b3d43d3a1_292Türkiyənin Radio və Televiziya Yayım Qurumu (Radyo ve Televizyon Üst Kurulu) ölkədə baş verən uğursuz dövlət çevrlişi cəhdindən sonra bəzi kanalları və radioları bağlayacaq.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bağlanacaq kanallar ABŞ-da yaşayan Fətullah Gülənin adı ilə bağlı olan yayım qurumları olacaq.

Belə kanallar və radiolar aşkar edilsə, onların yayımı dayandırılacaq və lisenziyası alınacaq.

Qeyd edək ki, Tükiyə hökuməti baş verən dövlət çevrilişi cəhdinin Fətullah Gülənin adamları tərəfindən edildiyini bildirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR