Türkiyədə hərbi xidmətkeçmə müddəti azaldılacaq

ca28c267-319e-4641-bd5c-ed8a0b27de44Türkiyədə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması qaydalarında dəyişiklik edilə bilər.

“Report” “Haber7″yə istinadən xəbər verir ki, ölkədə dövlət çevrilişi cəhdindən sonra məcburi hərbi xidmətkeçmə müddəti azaldılacaq.

Məlumata görə, bu proses mərhələli şəkildə həyata keçiriləcək.

Xəbərdə həmçinin Jandarma Baş Komandanlığının hərbçilərinin sayının azaldılacağı, hərbi liseylərin bağlanacağı, Milli Müdafiə Nazirliyinin tamamilə mülki şəxslərdən ibarət olacağı və Türkiyə Silahlı Qüvvələrindən Baş Qərargahından başqa bir binaya köçürüləcəyi qeyd olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR