Türkiyədə mindən çox əsgər azadlığa buraxıldı

preview_3f5b7de8a2c3154257963587a1b2a547Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı həbs edilmiş 1200 əsgər azadlığa buraxılıb

Oxu.Az-ın məlumatına görə, bu barədə şənbə günü, iyulun 23-də, Haber 7 nəşri yazır.

Nəşr bildirir ki, Ankara dövlət prokuroru Harun Kodalakın sözlərinə əsasən, əsgərlər atılan addımların məqsədlərini bilməyiblər.

Qeyd edək ki, bundan əvvəl, bir neçə həbs edilən əsgər hərbi çevriliş barədə məlumatları olmadığını bildirib. Onlar hərbi təlim adı ilə aldandıqlarını söyləyiblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR