Türkiyə müdafiə nazirinin köməkçisi ölkədən qaçdı

153348_res_01Türkiyənin müdafiə naziri Fikri İşıkın köməkçisi, polkovnik Tevfik Gök ölkədən qaçıb.

Trend-in verdiyi məlumata görə, bunu F.İşık deyib. Onun sözlərinə görə, köməkçisi Fəthullah Gülən hərəkatı ilə mübarizə çərçivəsində dindirildikdən sonra Türkiyədən qaçıb. Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR