Türkiyə-Suriya sərhədində silahlı hücum: Çox sayda ölən var

ae6f587c348aHadisə Suriyanın Haseke vilayətinin Qamışlı rayonunda baş verib.

Türkiyə-Suriya sərhədində güclü partlayış baş verib. Oxu.Az cnnturk-ə istinadən xəbər verir ki, PKK-nın Suriya qanadı sayılan PYD-nin qərargahı qarşısında minalanmış yük avtomobili partladılıb. Partlayış nəticəsində ilkin məlumatlara əsasən, 12 nəfər ölüb, 50 nəfər isə yaralanıb. Suriya dövlət televiziyası isə patlayışda ölənlərin sayının 31 nəfər olduğunu, 170-ə yaxın insanın yaralandığını açıqlayıb.

Eyni zamanda, hadisə nəticəsində 30 evə ciddi zərər dəyib.  Partlayışın gücündən Türkiyənin Mardin vilayətinin Nusaybin rayonunda qırılan şüşələr 2 nəfəri yaralayıb. Məlumata əsasən, İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.

Partlayışdan dərhal sonra Türkiyə Suriya sərhədi boyunca hərbi və polis maşınlarının ətrafa toplaşdığı müşahidə olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR