“…Turniri major notlarla bitirəcəyik”

20160708-131713link“Qələbə qazandığımız üçün xoşbəxtik. Ancaq ən əhəmiyyətli oyunumuz qabaqdadır. Hələ ki, bu qələbəni bayram etmək olar, amma finalın hazırlığına başlayacağıq. Qarşılaşmanın sonuna kimi azarkeşlərin dəstəyini hiss etmək xoş idi. Ümid edirəm ki, final görüşündə də belə olacaq”.

Bu sözləri Fransa millisinin futbolçusu Antuan Qrizmann “Avro-2016″nın yarımfinalında Almaniyaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

Komandasının hər iki qolunun müəllifi bildirib ki, Portuqaliya ilə final görüşü çətin olacaq:

“Ümid edirəm ki, bu oyunda da qələbə qazanacağıq. Fransa azarkeşlərinə görə qalib gəlməyə məcburuq. İnanıram ki, turniri major notlarla bitirəcəyik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR