Ukraynada Donetsk şəhərinin adının dəyişdirilməsi təklif olunub

1467978988_996Ukrayna prezidenti Pyotr Poroşenkonun saytında Donetsk şəhərinin adının dəyişdirilməsi ilə bağlı petisiya yerləşdirilib.

APA-nın məlumatına görə, petisiyada Donetsk şəhərinin Stepano-Bandersk adlandırılması təklif edilib. Hələlik petisiyanı bir nəfər imzalayıb. Müraciətə baxılması üçün səslərin sayı minimum 25 min olmalıdır.

Xatırladaq ki, Kiyevdəki Moskva prospektinin adı dəyişdirilərək Stepan Bandera adlandırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR