Uşaq möcüzəli şəkildə sağ qaldı-VİDEO

18159132Rusiyanın Çelyabinsk əyalətində dəhşətli qəza baş verib. Yüksək sürətlə hərəkət edən avtomobil yoldan çıxıb  və  bir neçə dəfə çevrilib. Zərbənin təsirindən arxada oturan uşaq şüşədən çölə düşüb.

Hadisə anı arxadan gələn maşına quraşdırılan kamera vasitəsi ilə lentə alınıb. Qəzaya səbəb sürücü məsuliyyətsizliyi göstərilir.  Onun sürətlə hərəkət etdiyi və sükana nəzarəti itirdiyi ehtimal edilir.

Avtomobildə sürücüdən əlavə uşaq və  anası da olub. Uşağın təhlükəsizlik kəmərininin bağlanılmadığı məlum olub.

Sürücü və qadın ciddi xəsarət almasa da uşağın vəziyyətinin ağır olduğu deyilir.

“Xəzər Xəbər”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR