Xırdalanda aparılan söküntü işləri sakinlərin narazılığına səbəb oldu – REPORTAJ (FOTO,VİDEO)

XirdalanAbşeron RİH başçısı İradə Gülməmmədova Xırdalanda binalar qarşısında salınan bağçaları sökməyə başlayıb. Bunu Qafqaz Xəbər Agentliyinə müraciət edən Xırdalan sakinləri bildiriblər. İyulun 22-də Qafqaz Xəbər Agentliyinə müraciət edən Xırdalan sakini Yusif Tağı oğlu Bağırov Abşeron yaşadığı həyətdə (28-ci məhəllə, 19-cu bina) 1 saylı MİS işçiləri tərəfindən söküntü işlərinin aparıldığını bildirdi.

Qafqaznews.az olaraq, söküntülər olan yerə baş çəkdik. Məlum oldu ki, 19 saylı binanın qarşıIMG_1831sında sakinlər tərəfindən salınan bağçaların çəpərləri sökülməkdədir. 1 saylı MİS-in söküntü aparan əməkdaşlarına yaxınlaşıb, nə baş verdiyini soruşduq. Elnur adlı MİS əməkdaşı bildirdi ki, icra başçısının əmri var, bu bağçalar sökülməlidir. Biz müvafiq əmrin surətini xahiş etdikdə MİS əməkdaşı bizə bildirdi ki, onda sənəd yoxdur. Şikayətçi Yusif Bağırov qafqaznews.az-a bildirdi ki, sakinlərdə bağçalara aid sənəd olmasa da, onlar həmin yerdə bir müddət so1441200324_1441197283_1551ewewnra “moyka” tikilməsindən narahatdırlar. “Binanın yanında “avtoyuyucu” var,bir neçə ay əvvəl ağacları kəsib yerində tikiblər. Həmin “moyka”nın suyu axıb binanın zirzəmisinə gəlir, gecə-gündüz səs-küydən rahatlığımız yoxdur. Binanın böyründə bir yiyəsiz maşın var, içi zibilxanaya dönüb. Biz sakinlər nə qədər şikayət eləsək də, gəlib o yiyəsiz maşını götürmürlər”, – deyə vətəndaş bildirib.

Daha sonra əraziyə 1 saylı MİS-in müdiri Rafiq Zeynalov və polis əməkdaşları da gəldi. Əməkdaşımızla söhbət zamanı Rafiq Zeynalov etiraf etdi ki, söküntülərlə bağlı yazılı bir qərar yoxdur. “Sadəcə İradə xanım tapşırıb ki, orda biIMG_1826naların qarşısında səliqə yaradılsın, ərazi zibildən təmizlənsin. Heç bir yazılı qərar yoxdur”, – deyə MİS müdiri qeyd edib. Biz ərazi ilə bağlı hər hansı layihənin olub-olmamasını da soruşduq, “yox” cavabı aldıq: “Heç bir şey tikilməyəcək. Sakinlər narahat olmasınlar”. Bina sakinləri bizə bildirdilər ki, zirzəmidə kanalizasiya suları aşıb-daşır, binaların girişinə kəsif qoxudan daxil olmaq mümkün deyil: “Dəfələrlə MİS-ə demişik, bizim şikayətimizə baxan yoxdur”. Rafiq Zeynalov isə açıq şəkildə bildirdi ki, bu, onların fəaliyyətinə aid deyil. Sakin Səmayə Həmidovanın sözlərinə görə, dəfələrlə Abşeron RİH-ə və MİS-ə şikayət etsələr də, problemlərini vecə alan yoxdur.

O, bu bağçaların söküləndən sonra yerində avtoyuyucu və digər obyektlər tikiləIMG_1846cəyindən narahat olduqlarını, ona görə də bu söküntülərin əleyhinə olduqlarını dedi. Abşeron RİH-in memarlıq və tikinti şöbəsinin müdiri Akif Əliyev də təsdiqlədi ki, həmin ərazidəki söküntülər barədə hər hansı qərar və ya gələcəkdə görüləcək işlərlə bağlı layihə yoxdur.

“Əlbəttə, Abşeronun icra başçısı tapşırıb. Gəncənin icra başçısı tapşırmayacaq ki… Orda bu işləri MİS görür, ərazidə təmizlik işləri aparırlar”, – deyə A.Əliyev əlavə etdi.

Rüfət Əhmədzadə

Qafqaznews.az



IMG_1824 IMG_1825 IMG_1826 IMG_1828 IMG_1829 IMG_1830 IMG_1831 IMG_1832 IMG_1833 IMG_1834 IMG_1835 IMG_1836 IMG_1837 IMG_1846 IMG_1826 IMG_1831
IMG_1843

IMG_1844

IMG_1845

IMG_1846

IMG_1847

IMG_1848

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR