Yaponiyada anomal istilərdən 6 nəfər ölüb

43931142Yaponiyada son bir həftə ərzində anomal istilər nəticəsində azı 2847 nəfər xəstəxanaya yerləşdirilib, 6-sı isə ölüb.

“Xəzər Xəbər” TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin müvafiq idarəsi məlumat verib.

Məlumata görə, zərərçəkənlərin sayı iyun ayı ilə müqayisədə 3 dəfə artıb. Aprel ayından bəri 9 min nəfər bu səbəbdən xəstəxanalara düşüb. Yaponiyanın demək olar bütün ərazisində isti hava şəraiti hökm sürür. Bir sıra mərkəzi bölgələrdə havanın temperaturu 38 dərəcədən yuxarıdır. Yerli həkimlər insanları uzun müddət günəş altında olmamağa, baş geyimləri geyməyə, imkan daxilində çox maye qəbul etməyə çağırır.

Ötən il Yaponiyada istilərə görə 100 nəfər həlak olub, 53 mini isə xəstəxanaya yerləşdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR