Yunanıstana enən hərbi helikopter Türkiyəyə qaytarılacaq

82f7aa6f3c2bacf65b341bf6ae5ea353Yunanıstana enən, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter tezliklə geri qaytarılacaq.

APA-nın DHA-ya istinadən verdiyi xəbərə görə, helikopterdəkilərdən 2-si mayor, 1-i kapitan, 5-i isə əsgərdir. Onlar Yunanıstandan sığınacaq istəyiblər.

Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib ki, helikopter tezliklə Türkiytəyə geri qaytarılacaq. Türk hərbçilərinin sığınacaq xahişinə isə müvafiq orqanlar baxacaq.Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin şəxslərin dərhal Türkiyəyə təhvil verilməsini istəyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR