Dövlət qoruğunda çətənə yetişdirilən istixanalar aşkarland

0fbd6e035aacb1687d40f3389fe02892Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində reyd keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinindən Lent.az-a verilən məlumata görə, nazirlik və  Balakən Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əkilən və ya yabanı halda bitən narkoxassəli bitkilərin aşkar edilməsi məqsədilə Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti əməliyyat axtarış tədbirləri keçirilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2016-ci il üçün “İş Planı” çərçivəsində birgə keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Zaqatala Dövlət Təbiət Qoruğunun Gərəkli sahəsinin 9 saylı dolayının 8 yerində müxtəlif ölçülərdə aqrotexniki qaydada qulluq olunmuş narkotik xassəli çətənə bitkisi olduğu güman edilən kollar aşkar edilib. Eyni zamanda sözügedən ərazidə 3 polietilen örtüklü kiçik istixanada çoxlu sayda kiçik ölçülü narkotik  xassəli bitki, 2 yerdə isə çadırdan düzəldilmiş 2  sığınacaq müəyyən olunub.

 

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR