Dənizkənarı Bulvar ərazisində Ginqko Biloba ağacı əkilmişdir

DSC_1565Dənizkənarı Bulvar ərazisində Rəngkarlıq muzeyinin qarşısında Bakı Avropa Liseyi gənc nəsildə multikultural dəyərləri formalaşdıran “Sərhədsiz diplomatiya” (Word Wide Diplomacy) layihəsi çərçivəsində 2016-cı ilin may ayında Tokio şəhərində liseyin şagirdlərinə hədiyyə olunmuş, Tokio şəhərinin, eləcə də dözümlülük, uzunömürlülük və dostluq rəmzi sayılan Ginqko Biloba ağacının əkilməsini təmin etmişdir.

Qafqaznews.az bildirir ki, tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənzikənarı Bulvar İdarəsinin, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Təhsil Nazirliyinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin , Bakı Avropa Liseyinin rəsmiləri və digər dəvət olunmuş qonaqlar iştirak etmişlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR