İran və Venesuella neftin qiymətlərini artırmaq üçün əməkdaşlığa başlayır

great-oil-swindle-peak-oil-world-energy-outlookİran Xarici İşlər naziri Cavad Zərif Latın Amerikaya ziyarəti çərçivəsində Venesuelada da olub.

Oxu.Az xəbər verir ki, nazir Venesuelanın prezidenti Nikolas Maduro ilə neft bazarındakı vəziyyəti müzakirə edib və qərara alınıb ki, bazarda tarazlığa nail olamaq üçün ölkələr qarşılıqlı əməkdaşlığı davam etdirsinlər.

“Neft bazarında tarazlığa nail olmaq, neft sənayesini, OPEK-i gücləndirmək, təşkilat ölkələri arasındakı işbirliyini artırmaq məsələsində ortaq bir nöqtəyə gəlmək üçün əməkdaşlığımızı davam edəcəyik”, – deyən Zərif iki ölkənin mərkəzi banklarının da bu mövzuda çalışdıqlarını qeyd edib.

Neftin qiymətlərinin enməsi dünyanın ən böyük neft ehtiyatlarına malik Venesuellada iqtisadi böhranı daha da dərinləşdirir. Ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı isə qiymətlərdə tarazlığı yaratmaq üçün  addım atmır və hasilatı azalmaq məsələsini göz ardı edir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR