“Opel” 76 yaşlı qadını vurdu – vəziyyəti ağırdır – VİDEO – FOTO

1 (1)Ötən gün axşam saatlarında Bakı-Qazax magistralının Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Kəpəz TV (Region TV) xəbər verir ki, Tovuz rayon sakini Rövşən Abbasov idarə etdiyi “Opel Vectra” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Şəmkir sakini, 76 yaşlı Gülarə Namazovanı vurub. Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Şəmkir Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Həkimlər qadına ilkin tibbi yardım göstərib və vəziyyəti orta-ağırdır.

Anar Qasımov- həkim: “Şöbəyə qapalı kəllə-beyin travması, alın nahiyəsinin əzilmiş yaraları, sol bazu sümüyünün yuxarı üçdəbirinin qapalı, yerini dəyişən sınığı ilə xəstə daxil olub. Xəstəyə ilkin yardım göstərilib. Hal-hazırda stasionar müalicədədir”.

Hadisədən sonra qəzanı törədən sürücü polis tərəfindən saxlanılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhiqat Şöbəsində araşdırma aparılır.

2 3

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR