Avroliqa: “Qarabağ” səfərdə “Fiorentina”ya böyük hesabla məğlub oldu

161808_res_01Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində Ağdamın “Qarabağ” klubu səfərdə “Fiorentina”nın (İtaliya) qonağı olub

Virtualaz.org bildirir ki, ilk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ” oyuna bu dəfə də fəal başlayıb. Amma sonradan üstünlüyü tədricən rəqibə verməyə başlayıb.

30-cu dəqiqədə Elvin Yunuszadənin aldığı qırmızı vərəqə isə komandanın bütün planlarını pozub. İtalyanlar məhz o meydandan qovulandan sonra hücumların kəsərini daha da artırıblar və bu hesabda öz əksini tapıb. İlk hissə rəqibin 3:0-lıq qələbəsi ilə bitib.

İkinci hissədə vurulan daha 2 topa “Qarabağ” bir qol ilə qarşılıq verib: matça əlavə olunmuş 2-ci dəqiqədə Ndlovu fərqi azaldıb.

Beləliklə, matç Ağdam klubunun 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR