Azərbaycan nefti cüzi ucuzlaşıb

bez-nazvaniyaAzərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,29 dollar və yaxud 0,60% azalıb.

“Report” xəbər verir ki, “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 48,21 dollara bərabər olub.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR