Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi Belarus vətəndaşı İspaniyada tutulub

13d212f8-cbed-490d-aa3d-95a24b232207_292Azərbaycan Respublikası (AR) Cinayət Məcəlləsinin iki maddəsi üzrə “İnterpol” xətti ilə axtarışda olan şəxs İspaniyanın Barselona şəhərində saxlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Dani Danilo adlı Belarus vətəndaşı Azərbaycana ekstradisiya olunacaq.

O, AR Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) və 273-cü “Kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə) maddəsilə axtarışda olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR