“Bank Standard” bağlandı, “Standard Sığorta” bağlanmayacaq

bank_standard_logo_new_280213“Bank Standard”ın bağlanması, “Standard Sığorta” şirkətinin bağlanmasına səbəb olmayacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirilən mətbuat konfransında deyib.

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası “Bank Standard”ın lisenziyasını geri çağırıb. 30 sentyabr 2016-cı il tarixli qərara əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR