Dünya liderləri Peresin dəfnində – FOTO

474662_10Artıq dünya liderləri mərhum prezident Şimon Peresin dəfnində iştirak etmək üçün İsraildə səfərdədirlər.

Qafqaznews.az qafqazinfo-ya istinadən bildirir ki, onların arasında ABŞ dövlət katibi Con Kerri, prezidentObama, Fransa lideri Fransua Olland, Ukrayna prezidenti Petro Poroşenko, Meksika dövlət başçısı Enrique Pena Nieto, Misirin xarici işlər naziri Samah Shoukry və şahzadə Çarlz da var.

Qeyd edək ki, dünən gözlənilməz şəkildə Fələstin lideri Mahmud Abbas da dəfn mərasimində iştirak edə bilmək üçün İsrail tərəfinə müraciət etmişdi və müsbət cavab almışdı.

Azərbaycandan isə tədbirdə Baş nazirin müavini Elçin Əfəndiyev təmsil olunur.

474662_01 474662_02 474662_03 474662_04 474662_05 474662_06 474662_07 474662_08 474662_11 474662_12

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR