FİFA İspaniyanın “Real” və “Atletiko” klublarına transfer qadağası qoyub

a18ffddf-6059-44e0-8abf-237a75e1e989FİFA İspaniyanın “Real Madrid” və “Atletiko Madrid” klublarını cəzalandırıb. “Report”un “Fanatik”ə istinadən verdiyi məlumata görə, buna səbəb Madrid klublarının 18 yaşadək olan futbolçuların transferində qayda pozuntusuna yol verməsidir.

Hər iki klub yanvaradək heyətinə heç bir futbolçu qata bilməyəcək. Bu müddətdə həyata keçirilən transferlər qurum tərəfindən təsdiqlənməyəcək. “Atletiko Madrid” bu qərarın düzgün olmadığını və Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəyini bildirib.

Qeyd edək ki, 2014-cü ildə analoji hadisəyə görə, FİFA İntizam Komitəsi İspaniyanın “Barselona” klubunu da cəzalandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR