İsrail Türkiyəyə “Azadlıq donanması”na görə təzminat ödədi

313500d762e2f774dcd3b97cf402510aİsrail hökuməti “Azadlıq donanması” ilə əlaqədar hadisəyə görə Türkiyəyə 20 milyon dollar həcmində təzminat ödəyib.

Oxu.Az bu barədə “Hurriyet”ə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, vəsait Türkiyənin Ədliyyə Nazirliyinin hesabına köçürülüb.

Türkiyə hökuməti təzminatı “Azadlıq donanması” ilə əlaqədar hadisənin qurbanlarının ailələri arasında bölüşdürəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR