Lətifə Soyuöz boşanmasının pərdəarxasını açıqladı – (VİDEO – FOTO)

letife-1“O, mənə qadağa qoymayıb”
ARB TV-nin “Gəlin danışaq” verilişinə qonaq olan müğənni Lətifə Soyuöz şəxsi həyatı haqqında maraqlı açıqlamalar verib.
Tanınmış ifaçı, ailəsi, şəxsi həyatı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib:
“Bu məsələlərlə gündəmə gəlməyi sevmirəm. Ümumiyyətlə, gizli saxladığım mövzuların mediada işıqlandırılması mənə pis təsir edir. Bu mövzunu mediadan uzaq tutmağa çalışdım. Çünki istəmirdim ki, bunlar üzə çıxsın və bunlarla tanınım. Mahnılarım, kliplərim və sənətimlə gündəmə gəlməyə üstünlük verirəm. Heç kim ailə həyatı quranda, bir gün bunun dağılacağını düşünmür. 10 ilin ardından belə olacağını düşünmürdüm. Düşünürəm ki, tanrı mənə dərs verir. 2 yaşında oğlum var”.
Müğənni, keçmiş həyat yoldaşı barədə açıqlamalar verib:
“Yoldaşım mənə qadağa qoymazdı. Nə geyimlərimə, nə konsert və praqramlara senzura qoyub. Mənə güvənirdi. Onu aldatmayacağımı bilirdi. Niyə ayrıldığımızı açıqlamaq istəmirəm. Bəlkə də, nə vaxtsa açıqlayaram. İndi onunla dostuq, çünki balamız var. Düşmən ola bilmərik”.

letife-2 letife-3 letife-4 letife-5 letife-6

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR